Şəmkirdə ölümlə nəticələnən yol qəzası olub. Bu barədə 19 iyul tarixində Report məlumat verib.
Hadisə rayonun Sabirkənd ərazisində qeydə alınıb.
Seyhun Hüseynov idarə etdiyi "VAZ 21 061" markalı avtomobillə yolu keçən İlham Hüseynovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.