Şəmkir rayonunun Qaracəmirli kəndində 2 otaqlı köməkçi tikilinin 1 otağının dam örtüyü, tavanının yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Bu barədə mayın 3-də Fövqəladə Hallar Nazirliyi məlumat paylaşıb.
Yanğının qarşısı alınıb.
Bununla yanaşı, Xaçmaz rayonunun Ukuroba kəndində yerləşən fermada 20 ton ot bağlaması yanıb. Alov söndürülüb.