Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb. Bu barədə 3 fevral tarixində APA məlumat verib.
Hadisə şəhərin Sabir küçəsində baş verib.
2005-ci il təvəllüdlü Lətafət Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, L.Abbasova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.