Şəmkirdə 5 gün əvvəl qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 24 fevral tarixində xəbər verir.
Fevralın 19-da Şəmkir rayon Zəyəm Cırdaxan kənd sakini, 64 yaşlı Əntiqə Məmmədovanın öldürülməsi barədə polisə məlumat daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib.