Şəmkir rayonunun Düyərli kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 2 mart tarixində Report məlumat verib.
Yolu qarşı tərəfə keçmək istəyən, 1952-ci il təvəllüdlü Pakizə Əliyevanı avtomobil vurub.
O, aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.