Şəmkir rayonunun Şiştəpə kəndində yol-nəqliyyat hadisəsi olub. Bu barədə Report 5 may tarixində xəbər verib.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiya vətəndaşı, 2005-ci il təvəllüdlü Ayxan Nəbiyev və Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü Qəzənfər Aslanov xəsarət alıblar.
Onlardan birinin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.