Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Apa 27 mart tarixində xəbər verib.
62 yaşlı Ələkbərov Valeh Nürəddin oğlu idarə etdiyi “Mercedes-Benz E Class” markalı avtomobillə Şiştəpə-İrmaşlı kənd avtomobil yolu ilə Şəmkir şəhəri istiqamətdə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənar hissəsinə aşıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaqı aparılır.