Şəmkir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 5 iyun tarixində Report məlumat verib.
Hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.
Avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2007-ci il təvəllüdlü Məhəmməd Quliyev və 1998-ci il təvəllüdlü Orxan Allahverdiyev xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər, birinin vəziyyəti ağır, digərininki kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.