Şəmkirdə avtomobil heykələ çırpılıb. Nəticədə bir neçə nəfər yaralanıb. Bu haqda mayın 6-da Qafqazinfo məlumat yayıb.
Hadisə rayonun Çinarlı kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı qadın heykəlinə dəyib.
Xəsarət alan üç şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.