Şəmkir rayonunda altı nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 12 aprel tarixində xəbər verib.
Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.
Nəticədə 58 yaşlı Yaşar Cəfərov, 28 yaşlı Mehman Hüseynli, 2 yaşlı Sirac Hüseynli, 25 yaşlı Nərmin Abbasova, 5 yaşlı İmeyra Qocayeva, 52 yaşlı Naibə Hüseynova və 3 yaşlı Mehrac Hüseynli xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.