Şəmkirdə kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Bu barədə 17 aprel tarixində Oxu.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Məlumata əsasən, rayonun İrmaşlı kənd sakini Təvəkgül İsgəndərovun ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə - kannabis bitkiləri aşkarlanaraq götürülüb. Bundan başqa, şübhəli şəxsin yaşadığı evə baxış zamanı sellofan torbada qurudulmuş marixuana da aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı cinayət işi başlanılıb.
Bildirilib ki, dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını xaricdə yaşayan əcnəbi həkimin məsləhəti ilə Hepatit C xəstəliyindən əziyyət çəkdiyi üçün müalicə məqsədi ilə əkdiyini etiraf edib.