Şəmkir sakini özünə kəsici alətlə xəsarət yetirib. Bu barədə Oxu.az 26 aprel tarixində xəbər verib.
Rayonun Könüllü kəndində 29 yaşlı Əkbər Bağırov bədənin müxtəlif hissəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal onun yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, Ə.Bağırov sərxoş vəziyyətdə özünə xəsarət yetirib.
Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.