Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə Report 7 mart tarixində xəbər verib.
Təzəkənd kəndində iki minik avtomobilinin toqquşması nəticəsində 47 yaşlı Şəlalə Hüseynova, 46 yaşlı Rühiyə Hüseynova və 53 yaşlı Xoşgül Hüseynova xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.