Şəmkir rayonunda yük maşınının iştirakı ilə yol qəzası baş verib. Bu haqda 2 fevral tarixində Apa məlumat verib.
Hadisə rayonun Seyidlər kəndində qeydə alınıb. "VAZ 21099" markalı minik maşını və “Kamaz” markalı yük maşını toqquşub. Qəza nəticəsində “VAZ”da olan sərnişin hadisə yerində ölüb, sürücüsü xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.