Samux sakinlərində narkotik aşkarlanıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 27 mart tarxində məlumat verir.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinənlər - Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov saxlanılıblar.
Şübhəli şəxslərin üzərlərinə baxış keçirilən zaman onlardan "metamfetamin" aşkarlanaraq götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, hər 3 şəxs barəsində Samux Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.