Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə 29 aprel tarixində APA məlumat verib.
Hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 21074” markalı minik maşını körpüyə çarpılıb. Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Setdam Mirzəyev xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı araşdırma aparılır.