Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 3 fevral tarixində APA məlumat verib.
Hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ "markalı minik maşını yük avtomobili ilə toqquşub. Qəza zamanı 1993-cü il təvəllüdlü Seymur Salmanov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.