Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda mayın 4-də APA məlumat yayıb.
Məlumata görə, qəza mayın 3-də saat 15 radələrində Şərur rayonu ərazisində baş verib. B. İsmayılovun idarə etdiyi “Mercedes” və M. Məmmədovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub.
Nəticədə M. Məmmədovun sərnişini Nurgül Bağırova xəstəxanaya yerləşdirilib və orada ölüb.
Araşdırma aparılır.