Qlobal yükdaşıma aviaşirkəti “Silk Way West Airlines” bu həftədən etibarən Hyustona həftəlik reyslərə start verdiyini elan edib. Bu barədə İnsanoid aviaşirkətin mətbuat xidmətinə istinadən bu gün, 12 aprel tarixində xəbər verir.
Aviaşirkət ABŞ-nin ən iri hava limanlarından biri olan Corc Buş Qitələrarası Hava Limanına (IAH) uçuşlar həyata keçirəcək. “Silk Way West Airlines”, həmçinin Amerika qitəsindəki marşrut şəbəkəsini genişləndirərək Çikaqo və Dallasa müntəzəm uçuşları davam edəcək.