Siyəzəndə yanğın olub. Bu barədə 10 may tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, Siyəzən şəhərində ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi, bitişik qonşu ev və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.