Siyəzən rayonunun Sədan kəndində torpaq sürüşməsi baş verib. Bu barədə İnsnaoid Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 5 may tarixində xəbər verir.
Nəticədə kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evləri qəzalı və yaşayış üçün yararsız vəziyyətə düşüb.
Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki ədəd çadır qurularaq vətəndaşlara təhvil verilib.