Tiktok sosial şəbəkəsində açdığı yayımlarla məşhurlaşan və daha çox söyüşlü videolarla gündəmə gələn Əmrah Məhərrəmov saxlanılıb. Bu barədə İnsanoid Milli.az-a istinadən bu gün, 27 mart tarixində xəbər verir.
Məlumata görə, Gürcüstandan ölkəyə qayıdan tiktokçu hava limanında saxlanılıb və Nərimanov Rayon Məhkəməsinə gətirilib.
Bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir neçə tiktokçudan DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstanda olduğu üçün saxlanılması mümkün olmayıb. Bu gün ölkəyə gələn Ə. Məhərrəmov saxlanılıb.
O, daha əvvəl də canlı yayımda işlətdiyi ifadələrə görə saxlanılıb və həbsdə olub.