Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb. Bu barədə mayın 12-də Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Elektron ərizələrin qəbulu iyulun 1-dək internet vasitəsilə aparılır.
Subbakalavrlar “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər.
İmtahanların şərtləri ilə bağlı ətraflı məlumat almaq üçün link-ə giriş etmək olar.