top
Sümükləri sağlam qorumaq üçün nə etmək lazımdır? - səhiyyə nazirliyinin həkimi açıqladı
21 oktyabr 2024, 05:24
- ↺ +

Sümükləri sağlam qorumaq üçün nə etmək lazımdır? - səhiyyə nazirliyinin həkimi açıqladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sağlam sümükləri qorumaq üçün nə etmək lazımdır? Bu və bu kimi sualların cavabını Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi Toğrul Rüstəmov açıqlayıb.

“Sağlam sümükləri qorumaq və saxlamaq üçün kifayət qədər kalsium və D vitamini qəbul etmək lazımdır”.

İnsanoid.com Səhiyyə Nazirliyinə istinadən məlumat veriri ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimi Toğrul Rüstəmov bildirib.

- Toğrul müəllim, ilk olaraq bilmək istərdik ki, osteoporoz nədir?

- Osteoporoz sümük kütləsinin azalması və toxumasının mikrostrukturunun pozulması nəticəsində qırılmalar və defromasiyalara yol açan proqressiv metabolik sümük xəstəliyidir. Osteoporozun əsas ağırlaşması kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir.

Osteoporoz hər hansı bir sınıq yaradana qədər səssiz bir xəstəlikdir.
Osteoporoza və osteopeniyaya yol açan bədən çəkisin azalması, cinsi hormonların az olması, oturaq həyat tərzi, siqaret, alkoqol və narkotik vasitələrindən istifadə, D vitamininin çatışmazlığı, kalsium mübadiləsinin pozulması, qalxanvariətraf vəzin xəstəlikləri kimi amillər rol oynayır.

- Doktor, osteoporozu yaradan səbəblər hansılardır?

- Bədənimizin sağlam sümüklər yaratmaq və onları qorumaq üçün kalsium və fosfat minerallarına ehtiyacı var. Həyat boyunca vücudumuz həm köhnə sümüyü reabsorbsiya etməyə, həm də yeni sümük yaratmağa davam edir. Bədənimizdə yeni və köhnə sümüklərin balansı tarazlıqda olduğu müddətdə sümüklərimiz sağlam və güclü qalır. Yeni sümük meydana gəlməsindən daha çox köhnə sümük reabsorbsiya edildikdə, sümük itkisi baş verir.
Bəzən sümük itkisi naməlum səbəbdən baş verir. Digər vaxtlarda sümük itkisi və nazik sümüklər irsi olur. Kövrək sümüklər bədənimizin kifayət qədər yeni sümük əmələ gəlməsinə mane olan hər hansı bir şeydən qaynaqlana bilər. Yaşlandıqca vücudumuz bu mineralları sümüklərimizdə saxlamaq əvəzinə, sümüklərdə kalsium və fosfatı yenidən absorbsiya edə bilir. Bu da, öz növbəsində, sümükləri zəiflədir.
Əsas risk yeni sümük toxuması yaratmaq üçün kifayət qədər kalsium itirməkdədir. Ona görə də, yüksək kalsiumlu qidaları qəbul etmək vacibdir. D vitamini də lazımdır, çünki o, vücudumuzun kalsiumu mənimsəməsinə kömək edir. Əgər kalsium və D vitamini ilə zəngin kifayət qədər qida qəbul etmirsinizsə, mədə əməliyyatlarından sonra və ya digər sistemik xəstəlikərə görə bədən qidadan kifayət qədər kalsium və D vitamini ala bilmirsə, sümüklərdə qırılma ehtimalı daha yüksək ola bilər.
Menopauza zamanı qadınlarda estrogenin və yaşlandıqca kişilərdə testosteronun azalması, uzun müddət davam edən xəstəlik səbəbiylə yataqda qalmaq, Kron xəstəliyi və ya revmatoid artrit kimi bədəndə iltihabın artmasına səbəb olan müəyyən şərtlərin olması, sümük itkisi yarada bilər.

- Osteoporoz daha çox hansı simptomlarla özünü göstərir?

- Osteoporozun ilkin mərhələlərində adətən heç bir əlamət olmur. Çox vaxt insanlar bu xəstəliyə sahib olduqlarını öyrənməzdən əvvəl artıq sınıqları olur. Onurğa sümüklərinin qırıqları, onurğanın demək olar ki, hər yerində ağrıya səbəb ola bilər. Bunlara “compression” qırıqlar deyilir. Onlar adətən heç bir travma olmadan baş verir. Ağrı qəflətən və ya yavaş-yavaş baş verə bilər. Zamanla boy itkisi (15 santimetrə qədər) yarana bilər.

- Osteoporozun diaqnozu zamanı hansı sınaq və testlərdən istifadə olunur?

- Osteoporozun diaqnozu sümük mineral sıxlığının ölçülməsi, ya da aşağı travmalı bir qırığın inkişafı ilə qoyulur. Əsasən rentgen, ultrasonoqrafiya, komputer tomaqrafiya görüntüləmələri ilə diaqnoz qoyulur. Diaqnoz müəyyənləşdirmək üçün “dual X-Ray” absorbsiometriya vasitəsilə sümüklərdəki mineralların sıxlığını ölçən rentgendən istifadə olunur. Çox vaxt onurğa və çanaq sümüklərində sıxlığı ölçür.

- Bu xəstəliyin müalicəsi necə aparılır?

- Müalicənin məqsədi sümük gücünü artıraraq, sınıqların qarşısını almaq, fiziki möhkəmliyi maksimum səvəiyyəyə çatdırmadır.
Zərərli vərdişləri imtina etmək lazımdır. Belə ki, siqaret çəkmək sümük itkisini sürətləndirir. Eyni zamanda, alkoqol qəbulu da sümük sıxlığına ciddi təsir göstərməklə, sizi yıxılma və sümük qırma riski ilə üz-üzə qoyur.
Yaşlı insanlar tərəfindən yıxılmaların qarşısını almaq vacibdir. Belə ki, yuxarı qalxanda və hərəkət edərkən daha diqqətli olmaq tövsiyə olunur. Məsələn, yıxılmamaq üçün dəzgahlardan və ya möhkəm mebellərdən tutmaq lazımdır. Yıxılma riskini azaltmaq üçün tutunma yerlərinin olması, evdə uyğunsuz künclərin, döşəmələrin aradan qaldırılması vacibdir. Vanna otağında təhlükəsizlik tutacaqlarını quraşdırmaq, sürüşməyə qarşı xüsusi döşəmələrdən istifadə etmək tövsiyə olunur. Yaxşı oturan və aşağı dabanlı ayaqqabıları, dabanı olmayan tərliklər geyinməmək lazımdır.
Müvafiq miqdarda kalsium və D vitamini təmin edən pəhrizə əlavələri xəstələri təyin edilir.

- Osteoporozun qarşısının alınması üçün nə etmək lazımdır?

- Sağlam sümükləri qorumaq və saxlamaq üçün kifayət qədər kalsium və D vitamini qəbul etdiyimizdən əmin olmalıyıq. Sağlam, balanslaşdırılmış pəhrizdən sonra bu və ya digər minerallarla zəngin qidaları əldə edə bilərsiniz.
Bu xəstəliyə meyilli və 50 yaşdan yuxarı hər bir kəsin osteoporoz riskinə görə həkim konsultasiyasında olmağını tövsiyə edirəm.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 11:40

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək

Yerli xəbərlər
Bu gün, 11:34

Səhiyyə Nazirliyi mövsümi xəstəliklərlə bağlı əhaliyə çağırış edib

Yerli xəbərlər
Bu gün, 11:08

DYP bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yerli xəbərlər
Bu gün, 11:03

Metronun bu stansiyası yenidən qurulacaq

Yerli xəbərlər
Bu gün, 10:45

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Yerli xəbərlər
Bu gün, 10:24

Tanınmış xanəndənin həyat yoldaşı həbs edilib

Yerli xəbərlər
Bu gün, 09:40

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

Yerli xəbərlər
Bu gün, 09:19

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib

Yerli xəbərlər
Bu gün, 09:13

7–10 noyabrda nə işləyəcək? Banklar, ASAN xidmət və bayram tədbirləri

Xarici xəbərlər
Bu gün, 09:12

ABŞ-də son 16 ilin rekordu: Bir gündə üç ştatda edam hökmü icra olundu

Yerli xəbərlər
Bu gün, 00:01

Qəhrəmanlıq tarixi: Vətən müharibəsinin 41-ci gününə baxış

Xarici xəbərlər
Dünən, 22:47

6–7 noyabrda maqnit qasırğası gözlənilir: NOAA-dan yeni proqnoz

Yerli xəbərlər
Dünən, 17:13

Məryəm Üzərlidən Bakı paylaşımı: "Sizi sevirəm!" - FOTO

Yerli xəbərlər
Dünən, 16:13

Azərbaycanda kirayə gəlirlərinin vergiyə cəlb edilməsində yeni qaydalar tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 16:00

Prezident İlham Əliyev brazilyalı həmkarını təbrik edib

Yerli xəbərlər
Dünən, 15:56

Zəngilan Aqroparkı yaradılıb - FƏRMAN

Yerli xəbərlər
Dünən, 15:52

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Yerli xəbərlər
Dünən, 15:29

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

Yerli xəbərlər
Dünən, 14:07

Məzuniyyətin minimum müddətinin kompensasiyası qadağan edilir

Yerli xəbərlər
Dünən, 13:32

Sabah yağış yağacaq - Proqnoz

Yerli xəbərlər
Dünən, 13:20

Ərdoğan: "8 Noyabrda Azərbaycana səfər etməyi düşünürəm"

Yerli xəbərlər
Dünən, 12:59

Baytarlıq şəhadətnaməsinin dövlət rüsumu ləğv edilir

Yerli xəbərlər
Dünən, 12:54

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Yerli xəbərlər
Dünən, 12:44

Avtomobil və yükdaşıma bazarında dəyişikliklər: Yeni vergi qaydaları təklif olunur

Oxşar xəbərlər