Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 24 iyun tarixində xəbər verir.
İyunun 24-də törətdiyi cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılarkən qətlə yetirilən polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mirəli Heydərov və Mahir Ağayevlə vida mərasimi keçirilib.
Vida mərasimində onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Onların xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır.
[caption id="attachment_183719" align="alignnone" width="696"]
Foto DİN[/caption]