top
TƏBİB: Oruc tutmaq şəkərli diabet xəstələrinin sağlamlığı üçün təhlükə ola bilər
04 aprel 2023, 00:56
- ↺ +

TƏBİB: Oruc tutmaq şəkərli diabet xəstələrinin sağlamlığı üçün təhlükə ola bilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oruc tutarkən bir sıra xəstəlikləri olan şəxslər diqqətli olmalı, dərman qəbulu qaydalarına düzgün əməl etməlidirlər. Əks halda o insanların səhhətində ciddi problem yarana bilər. Bunu həkim-endokrinoloq Elza Əsgərova deyib.

Bu barədə 4 aprel tarixində APA məlumat verib.

Onun sözlərinə görə, zob xəstələri ənənəvi olaraq, L-Tiroksin və ya Eutiroks dərmanı qəbul edirlər: “Bu dərmanın yaxşı mənimsənilməsi üçün onun acqarına qəbul edilməsi vacibdir. Bunun üçün də həmin dərmanın imsak zamanı qida qəbulundan yarım saat əvvəl acqarına qəbul edilməsi məqsədəuyğundur. Əgər şəxs bunu həmin vaxt edə bilmirsə, bu zaman iftar vaxtı başlayan kimi 1 stəkan su ilə qəbul edib, ən azı yarım saat gözlədikdən sonra yemək yeməlidir. Əgər bu da mümkün deyilsə, oruc tutan şəxs iftar vaxtı yetişəndə dərhal qida qəbuluna başlayırsa, bu zaman iftarda qida və maye qəbulunu tamamilə dayandırdıqdan 3-4 saat sonra dərmanı qəbul edə bilər. Bütün hallarda dərmanın sovrulması üçün 3-4 saat aclıq mütləqdir və bunu sistemli şəkildə davam etmək lazımdır”.

“Bildiyiniz kimi, şəkərli diabet xəstələri 2 tipə ayrılır: insulindən asılı olan I tip və insulindən asılı olmayan II tip insanlar. İnsulindən asılı olmayan xəstələr də bəzən insulin tələbli olurlar. Nəzərinizə çatdırırıq ki, I tip şəkərli diabet xəstələrinə oruc tutmaq qətiyyən məsləhət görülmür. Belə ki, gün ərzində 2-3 dəfə insulin qəbulu baş verməzsə, belə xəstələrdə hipoqlikemiya (şəkərin düşməsi) baş verə, bu isə xəstə üçün koma ilə nəticələnə bilər.

II tip şəkərli diabet xəstələri isə oruc tutmağa başlamazdan əvvəl öz poliklinikalarında həkim-endokrinoloqa müraciət etməlidirlər.

Mütəxəssis bəzi ürək-qan damar xəstələrinə də oruc tutmağın tibbi cəhətdən məqsədəuyğun olmadığını bildirib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

12 Noyabr – Konstitusiya Günü

Yerli xəbərlər
Dünən, 18:02

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Yerli xəbərlər
Dünən, 17:27

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 15:40

Xocavənddə traktor minaya düşüb, xəsarət alan var

Xarici xəbərlər
Dünən, 14:19

Zelenski Kopenhagendə Şimali Avropa ölkələrinin liderləri ilə görüşüb

Yerli xəbərlər
Dünən, 13:02

Deputat ev təsərrüfatlarının statistik uçotunun məqsədini açıqlayıb

Yerli xəbərlər
Dünən, 12:39

Sabahın hava proqnozu AÇIQLANIB

Xarici xəbərlər
Dünən, 12:36

Ad gününü Atatürkə görə dəyişən böyük ürək: "Şaban"ın bilmədiyimiz üzü

Yerli xəbərlər
Dünən, 12:28

Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib

Yerli xəbərlər
Dünən, 12:25

Azərbaycanda minimum maaşa ildə azı bir dəfə baxılacaq

Yerli xəbərlər
Dünən, 12:19

Onkoloji xəstələr və əlilliyi olan şəxslər üçün maliyyə təminatının artırılması təklif olunur

Yerli xəbərlər
Dünən, 11:45

Komitə sədri: "Uşaqlara müavinətin məbləği 100 manata çatdırılacaq"

Yerli xəbərlər
Dünən, 11:33

Zaur Əliyev: "Saatlıq əməkhaqqı sistemi mərhələli şəkildə genişləndiriləcək"

Yerli xəbərlər
Dünən, 11:26

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

Yerli xəbərlər
Dünən, 11:07

Bakıda avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb

Yerli xəbərlər
Dünən, 10:31

Sükan arxasında TikTok-da canlı yayım açan sürücülərə xəbərdarlıq edilib

Yerli xəbərlər
10 noyabr 2026, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
10 noyabr 2026, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
10 noyabr 2026, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
10 noyabr 2026, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
10 noyabr 2026, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
10 noyabr 2026, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
09 noyabr 2026, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Oxşar xəbərlər