“Yaxın iki il ərzində informatika fənni buraxılış imtahanlarına salınacaq”. Bu sözləri təhsil naziri Emin Əmrullayev "Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar" mövzusunda II Beynəlxalq konfransda çıxışı zamanı bildirib. Bu haqda aprelin 28-də APA məlumat paylaşıb.
Nazirin sözlərinə görə, dəyişiklik ilkin olaraq informatika elmləri üzrə imtahan verəcək abituriyentlərə şamil olunacaq.
“Bununla bağlı narazılıqlar ola bilər. Amma gəlin bu narazılıqlara qarşı çıxaq”, - deyə o əlavə edib.