Prodüser Təranə Səmədova iki gün əvvəl Nəsimi rayonu ərazisində narkotikə görə saxlanılıb. Bu haqda mayın 12-də Report xəbər yayıb.
Təranə Səmədova saxlanılarkən polisə müqavimət göstərərək tabe olmamağa çalışıb. Məhkəmənin qərarına əsasən, o, 400 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, sözügedən şəxs aprelin 27-də xırda xuliqanlıq və polisin tələbinə qəsdən tabe olmamağına görə 200 manat məbləğində cərimələnmişdir.
Bundan öncə isə ona 2019-cu ildə “gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə” maddəsilə ittiham elan edilmiş və o, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.