Tərtərdə kişi ov tüfəngi ilə qətlə yetirilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 27 aprel tarixində xəbər verir.
Aprelin 27-də saat 15 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.
İlkin məlumata görə, kəndin otlaq sahəsində 40-50 yaşlarında olan kişi ov tüfəngi ilə qətlə yetirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.