Tərtərdə 43 yaşlı kişi minaya düşüb. Bu barədə 18 aprel tarixində APA məlumat verib.
Hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisindəki boş ərazidə minaya düşüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Elnur Əsgərovun ayağı amputasiya edilib.