Tərtərdə avtomobil ağaca çarpılıb, ölənlər var. Bu barədə 31 may tarixində Report məlumat verib.
Hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Daha sonra maşın ağaca çarpılıb. Nəticədə sürücü xəsarət alıb, sərnişinləri - 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüblər.
Faktla bağlı “yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.