Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşa məxsus fermadan xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə 4 mart tarixində APA məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Röyal Bayramov, Tural Abbaslı və Faiq İbadzadə saxlanılıblar. Araşdırmalarla onların fermadan 13 baş xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.