Tərtərdə qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində tutulub. Bu barədə 4 may tarixində Report məlumat verib.
Bildirilib ki, mayın 4-ü saat 12 radələrində Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.
Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.