Tərtərdə avtomobil qəzaya düşüb, körpə ölüb. Bu barədə Report 20 iyul tarixində xəbər verib.
Hadisə Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində qeydə alınıb.
23 yaşlı Kamran Süleymanov idarə etdiyi “VAZ-21723” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman o, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub.
Nəticədə maşında sərnişin qismində olan oğlu, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov almış olduğu bədən xəsarətlərindən ölüb. Sürücünün anası, 1976-cı il təvəllüdlü Xoşqədəm Süleymanova bud çanaq oynaq nahiyəsinin əzilməsi xəsarəti alıb.
Faktla bağlı cinayət işi başlanıb.