Türkiyənin istehsal etdiyi “Togg” avtomobili bu ölkənin Daxili İşlər Nazirliyinin (DİN) istifadəsinə verilib. Bu barədə 6 may tarixində Report məlumat verib.
Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu Twitter səhifəsində məlumat verib.
Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci il oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.
2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.