Tovuzda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə APA 3 iyun tarixində xəbər verib.
31 yaşlı Orxan Məmmədov Şəhriyar küçəsində idarə etdiyi "Hundai Santafe" markalı avtomobili ilə yolu keçən 57 yaşlı Aşağı Öysüzlü kənd sakini Lalə Sadıqovanı vurub.
Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.