Mayın 5-də Tovuzda həmkəndlisini qətlə yetirən şəxs saxlanılıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Hadisə Əyyublu kəndində baş verib. 34 yaşlı Tural Hüseynov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 36 yaşlı Bəxtiyar Əkbərova bıçaqla xəsarət yetirərək onu öldürüb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.