Türkiyədə səhər saatlarında daha iki zəlzələ baş verib. Bu barədə İnsanoid Kandilli Rəsədxanasına istinadən bu gün, 8 fevral tarixində məlumat verir.
Zəlzələlərdən biri Kahramanmaraş şəhərinin Göksun rayonunda olub.
Gücü 4,2 bal olan zəlzələ saat 08:52-də 3,7 km dərinlikdə qeydə alınıb.
İkinci yeraltı təkan isə Malatyanın Gülümuşağı kəndində 1 kilometr dərinlikdə baş verib. Saat 09:08-də qeydə alınan zəlzələ 4,4 bal gücündə olub.