Türkiyədə 58 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. Bu barədə 31 mart tarixində Report məlumat verib.
Hadisə Anadolu magistralının Bolu hissəsində qeydə alınıb.
Zəncirvari qəzada 10 nəfər yaralanıb. Əraziyə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları göndəriliblər. Yaralılar xəstəxanaya çatdırılıblar. Onlardan ikisinin vəziyyəti ağırdır.
Qəza səbəbindən nəqliyyatın hərəkəti dayanıb. Bu səbəbdən magistralda böyük tıxac yaranıb.