Türkiyədə zəlzələ bölgəsində afterşokların sayı bəlli olub. Bu barədə İnsanoid Türkiyə KİV-yə istinadən bu gün, 21 fevral tarixində xəbər verir.
Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata əsasən, Türkiyədə 7242 afterşok olub.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb, yaralı sayı 108 000 nəfər təşkil edir.