Türkiyədə zəlzələ bölgəsində baş verən sel nəticəsində həlak olanların sayı 15-ə çatıb. Bu barədə 16 mart tarixində Türkiyə KİV-ləri məlumat verib.
Ölüm hallarının 2-si Adıyamanda, 13-ü Şanlıurfada qeydə alınıb.
İtkin düşən 5 nəfərin axtarışları davam etdirilir.
Sel səbəbindən Diyarbakırda zəlzələdən sonra qurulan 1950 çadırda yaşayan 450 sakin təxliyə edilib.
[gallery link="file" size="full" ids="109363,109364,109362"]