Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfəri keçib. Bu barədə İnsanoid “Anadolu”ya istinadən bu gün, 7 mart tarixində xəbər verir.
Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra bildirib.
“Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən zəlzələdən zərər çəkmişlərin, vətəndaşlarımızın sayı 46 min 104-dür. Məqsədimiz qarşıdakı 2 ayda 244 min yaşayış binasının və 75 min kənd evinin tikintisinə başlamaqdır. Bunlardan təxminən 22 mininin tikintisinə başlanılıb”, - o vurğulayıb.