Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 44 218 nəfərə çatıb. Bu barədə 24 fevral tarixində Report ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən məlumat yayıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.