Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələdə ölənlərin sayı artıb. Bu barədə İnsanoid “TRT Haber”ə istinadən bu gün, 14 aprel tarixində xəbər verir
Ölkənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında deyib ki, ölənlərin sayı 50 500 nəfərə çatıb.
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.