Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.
Bu barədə 20 fevral tarixində TRT Haber məlumat verib.
Fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.