Türkiyədə zəlzələdə ölənlərin sayı 42 310 nəfərə çatıb. Bu barədə 22 fevral tarixində Report Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən məlumat verib.
Zəlzələ bölgəsindən indiyədək 448 018 Türkiyə vətəndaşı təxliyə olunub.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.