Türkiyədə zəlzələdə ölənlərin sayı 43 556 nəfərə çatıb. Bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Bu barədə 22 fevral tarixində “TRT Haber” məlumat verib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.