Türkiyədə zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Bu barədə 6 fevral tarixində Report məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 5 385 nəfər yaralanıb.
“Bu gecə saat 04:17-də son bir əsrdə yaşadığımız, 1939-cu ildə baş verən Ərzincan zəlzələsindən sonra ən dəhşətli zəlzələni yaşadıq. Zəlzələnin ocağı Kahramanmaraşda 7,7 bal gücündə, yerin 7 kilometr dərinliyində baş verib. Zəlzələnin ağır nəticə verdiyi ərazilərdə dəstəklər davam edir. Əsas diqqətimiz insanların xilas edilməsidir”, - Ərdoğan bildirib.