Türkiyədə baş vermiş zəlzələdən sonra dağıntılar altından 1 874 kimsəsiz uşaq çıxarılıb. Bununla bağlı 23 fevral tarixində Report Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, 1 353 uşaq ailələrinə təhvil verilib. Eyni zamanda 99 uşaq azyaşlılar üzrə müəssisələrin himayəsinə göndərilib.
Hazırda zəlzələ zamanı xəsarət alan 422 uşağın müalicə prosesi davam edir.
Azyaşlılardan 1 768-nin şəxsiyyəti müəyyən olunub, 106-nın şəxsiyyəti naməlumdur.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Zəlzələ nəticəsində 43 556 nəfər həlak olub.