Türkiyədə fevralın 6-da baş verən dağıdıcı zəlzələdə ölənlərin sayı artıb. Bunu ölkənin daxili işlər naziri Süleyman Soylu deyib. Bu barədə 22 aprel tarixində Report “CNN Türk”ə istinadən xəbər verib.
O bildirib ki, həlak olanların sayı 50 783 nəfərə çatıb.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.